az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Vətən mənə oğul desə” adlı tədbir keçirib

11-02-2019, 10:42
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Vətən mənə oğul desə” adlı tədbir keçirib


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası A.Məmmədov adına 38 saylı tam orta məktəbdə “Vətən mənə oğul desə” adlı tədbir keçirib. Tədbirdə Mərkəzi Kitabxananın şöbə müdirləri Aysel İsmayılova, Kifayət Hüseynova, böyük metodist İradə Hüseynova, məktəbin təlim-tədris işləri üzrə direktor müavini Gülnarə Vəliyeva, məktəbin ibtidai sinif müəllimləri Aysel Rəşidova, Aytən Əsgərova, məktəb kitabxanasının müdiri Səbinə Abbasova və 4, 5, 9-cu sinif şagirdləri iştirak ediblər.

İlk öncə şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova bu səpkidə keçirilən tədbirlərin məktəblilərin mənəvi dünyasını daha da zənginləşdirəcəyinə, vətənpərvər ruhda böyümələrinə yardımçı olacağını bildirərək “Azərbaycanın Milli Qəhrəmanları” adlı videoçarxla tədbir iştirakçılarını tanış edib.

Yasamal rayon Mərkəzi Kitabxanasının böyük metodisti İradə Hüseynova “Milli Qəhrəmanlarımız” məruzəsi ilə çıxış edərək vurğulayıb ki, 7 fevral Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. O, Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir.

Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi sahəsində mütəmadi olaraq işlərin görülməsini bildirib.

Daha sonra Sona Əhmədli “Vətən desin”, Əli İsmayılov “Azərbaycan”, Ülviyyə Orucova “Azərbaycan, dünyam mənim”, Sevil Həsənzadə “Vətən yolu”, Nazim Qədirov “Vətən qəhrəmanları”, Nigar Quluzudə “Azərbaycan” şeirlərini söyləyiblər.

Sonda vətənpərvərlik mövzusu ilə bağlı kitablar nümayiş olunub.

baku-art.az

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Vətən mənə oğul desə” adlı tədbir keçirib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Vətən mənə oğul desə” adlı tədbir keçirib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Vətən mənə oğul desə” adlı tədbir keçirib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Vətən mənə oğul desə” adlı tədbir keçirib
Oxunma sayı : 84