az
Bütün xəbərlər

Səbail rayon MKS-nin 4 saylı filialında Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş sərgi, söhbət keçirilib

11-02-2019, 10:34
 Səbail rayon MKS-nin 4 saylı filialında Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş sərgi, söhbət keçirilib


Fevralın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon MKS-nin 4 saylı filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş sərgi, söhbət keçirilib.

Baş kitabxanaçı M.Quliyeva, oxuculara böyük Azərbaycan yazıçısı,"Molla Nəsrəddin" jurnalının naşiri və redaktoru Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından geniş məlumat verib.

Qeyd olunub ki, C.Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Onun meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publistika,"Molla Nəsrəddin" jurnalı Mirzə Cəlil dühasının məhsuludur.

Sonda oxucular sərgi ilə tanış olublar.

baku-art.az


 Səbail rayon MKS-nin 4 saylı filialında Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş sərgi, söhbət keçirilib
Oxunma sayı : 111