az
Bütün xəbərlər

Şağan qəsəbə Mədəniyyət Mərkəzinə ziyarət təşkil edilib

11-02-2019, 09:51
Şağan qəsəbə Mədəniyyət Mərkəzinə  ziyarət təşkil edilib


Fevralın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şağan qəsəbə Mədəniyyət Mərkəzinə 124 saylı tam orta məktəbin şagirdləri asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə ziyarət təşkil ediblər.

İlk öncə şagirdlər Mədəniyyət Mərkəzinin tamaşa zalı, dərnək otaqları və kitabxanası ilə tanış olublar.

Daha sonra Mərkəz haqqında, burada fəaliyyət göstərən kurs və dərnəklər barədə ətraflı məlumat verilib.

Sonra Azərbaycan filmin istehsalı olan, Rafiq Əliyevin və Cavid Təvəkkülün məktəb həyatından bəhs edən “Dərs “ filmi nümayiş etdirilib.

Tədbir şagirdlər tərəfindən maraqla qarşılanıb.


baku-art.az


Şağan qəsəbə Mədəniyyət Mərkəzinə  ziyarət təşkil edilib

Şağan qəsəbə Mədəniyyət Mərkəzinə  ziyarət təşkil edilib
Oxunma sayı : 144