az
Bütün xəbərlər

Bu gün xalq artisti Ağaxan Abdullayevin doğum günüdür

6-02-2019, 10:03
 Bu gün xalq artisti Ağaxan Abdullayevin doğum günüdür

Ağaxan Abdullayev - Məşhur Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti Abdullayev Ağaxan Minaxan oğlu 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur.

1958-1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil almışdır.

1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil almışdır.1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur.

1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır.1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.

1992-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri Fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafat Fondu, 2002-ci ildə "Humay" Milli Mükafatı, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub.

10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən böyük ustad-Ağaxan Abdullayev 25 dekabr 2016-cı ildə 66 yaşında, Bakıda vəfat etmişdir.

baku-art.az
Oxunma sayı : 207