az
Bütün xəbərlər

3 nömrəli Uşaq İncəsənət Məktəbində istedadlı bəstəkar Asəf Zeynallının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

23-01-2019, 18:18
3 nömrəli Uşaq İncəsənət Məktəbində  istedadlı bəstəkar Asəf Zeynallının 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib

Yanvarın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində istedadlı bəstəkar Asəf Zeynallının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə nəzəriyyə müəllimi K.Talıbova çıxış edərək qeyd edib ki, Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoyub. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. Bundan əlavə bəstəkar piano və simfonik musiqinin banisi hesab edilir. Daha sonra şagirdlərin ifasında bəstəkarın C.Cabbarlının sözlərinə bəstələdiyi məşhur romansı "Ölkəm","Beşik nəğməsi", "Oyun", "Uşaq süitası" və s. əsərləri dinlənilib.

Sonda Asəf Zeynallının həyatından bəhs edən videoçarx nümayiş olunub.

baku-art.az

3 nömrəli Uşaq İncəsənət Məktəbində  istedadlı bəstəkar Asəf Zeynallının 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib

3 nömrəli Uşaq İncəsənət Məktəbində  istedadlı bəstəkar Asəf Zeynallının 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib

3 nömrəli Uşaq İncəsənət Məktəbində  istedadlı bəstəkar Asəf Zeynallının 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib

3 nömrəli Uşaq İncəsənət Məktəbində  istedadlı bəstəkar Asəf Zeynallının 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib


Oxunma sayı : 171