az
Bütün xəbərlər

Yasamal rayon MKS-i 20 yanvara həsr edilmiş tədbirdə iştirak edib

21-01-2019, 15:26
 Yasamal rayon MKS-i 20 yanvara həsr edilmiş tədbirdə iştirak edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-i Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasında 1990-cı il qanlı yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar təşkil olunan tədbirdə iştirak edib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlanıb və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələr şagirdlərin ifasında canlandırılıb. Bəstəkar Albinoninin “Adagio” əsərinin müşayiəti ilə hadisələri əks etdirən slaydlar nümayiş olunub.

Tədbirdə Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova çıxış eərək qanlı gecə haqqında məlumat verib. Tədbirin rejissoru Mahmud Qubadov, təşkilatçısı Teatr şöbəsinin müdiri Hicran Sadıqzadədir.

Gimnaziyanın foyesində şagirdlərin 20 Yanvar hadisələrinə həsr olunmuş rəsm əsərlərinin sərgisi nümayiş etdirilib.

Sonda kitabxana tərəfindən şagirdlər üçün “Şəhidlər ölməz, Vətən bölünməz” adlı kitab sərgisi təşkil olunub.

baku-art.az

 Yasamal rayon MKS-i 20 yanvara həsr edilmiş tədbirdə iştirak edib

 Yasamal rayon MKS-i 20 yanvara həsr edilmiş tədbirdə iştirak edib

 Yasamal rayon MKS-i 20 yanvara həsr edilmiş tədbirdə iştirak edib
Oxunma sayı : 160