az
Bütün xəbərlər

Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Şəhidlik zirvəsi” adlı rəsm sərgisi təşkil edib

21-01-2019, 14:54
Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Şəhidlik zirvəsi” adlı rəsm sərgisi təşkil edib

Yanvarın 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət Mərkəzi 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Şəhidlik zirvəsi” adlı rəsm sərgisi təşkil edib.

İlk öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı Nərmin xanım açaraq, 20 yanvar hadisələri ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, 19-dan 20-nə keçən gecədə Sovet boyunduruğundan xilas olmaq üçün yüzlərlə oğul və qızlarımız şəhidlik zirvəsinə ucaldılar.Gözləri dönmüş Sovet əsgərlərinin xalqımızın başına gətirdiyi bu faciə xalqımızın qan yaddaşında əbədi olaraq qalacaqdır.

Sonra rəsm kursunun müəlliməsi çıxışında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olan 20 Yanvar hadisələrinin, eyni zamanda bütün dünya azərbaycanlılarının yaddaşına xalqımıza qarşı törədilmiş ən qəddar və qeyri-insani cinayətlərdən biri kimi həkk edildiyi vurğulayıb.

Tədbirin bədii hissəsində xalq şairi Qabilin,B.Vahabzadənin “Şəhidlər”,”Ağla qərənfil,ağla” şeirləri səsləndirilib və “Şəhidlik zirvəsi” adlı rəsm sərgisinə baxış keçirilib.

baku-art.az


Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Şəhidlik zirvəsi” adlı rəsm sərgisi təşkil edib

Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Şəhidlik zirvəsi” adlı rəsm sərgisi təşkil edib

Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Şəhidlik zirvəsi” adlı rəsm sərgisi təşkil edib

Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Şəhidlik zirvəsi” adlı rəsm sərgisi təşkil edib

Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Şəhidlik zirvəsi” adlı rəsm sərgisi təşkil edib
Oxunma sayı : 131