az
Bütün xəbərlər

İ. Əbilov adına Mədəniyyət Mərkəzində "Ağla qərənfil, ağla!" adlı anım mərasimi keçirilib

21-01-2019, 14:23
 İ. Əbilov adına Mədəniyyət Mərkəzində  "Ağla qərənfil, ağla!" adlı anım mərasimi keçirilib

Yanvarın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ. Əbilov adına Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş "Ağla qərənfil, ağla!" adlı anım mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və 20 yanvar şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlanıb.

Mərkəzin direktoru Aida Muradova çıxış edərək, 20 yanvar faciəsini təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilən vandallıq nümunəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Mədəniyyət Mərkəzinin "Şəlalə" xalq çalğı alətləri və "Ailə" xalq ansamblı üzvlərinin iştirakı ilə şəhidlərə həsr olunmuş musiqilər səslənib.

Sonda Mədəniyyət Mərkəzinin işçiləri Şəhidlər xiyabanına gedərək ölməz və əbədi yaşar Şəhidləri ziyarət ediblər.

baku-art.az

 İ. Əbilov adına Mədəniyyət Mərkəzində  "Ağla qərənfil, ağla!" adlı anım mərasimi keçirilib

 İ. Əbilov adına Mədəniyyət Mərkəzində  "Ağla qərənfil, ağla!" adlı anım mərasimi keçirilib

 İ. Əbilov adına Mədəniyyət Mərkəzində  "Ağla qərənfil, ağla!" adlı anım mərasimi keçirilib
Oxunma sayı : 115