az
Bütün xəbərlər

“Qanlı Yanvar” adlı tədbir keçirilib

21-01-2019, 12:36
“Qanlı Yanvar” adlı tədbir keçirilib

Yanvarın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hövsan Mədəniyyət Sarayı və M.A.Əliyev adına Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə “Qanlı Yanvar” adlı tədbir keçirilib.

Tədbirdə sarayda fəaliyyət göstərən rəssamlıq dərnəyinin yetirmələrinin 20 yanvar hadisələri ilə bağlı əl işləri sərgilənib.

Sonra 20 yanvar hadisələrinin tarixi haqqında video-çarx təqdim olunub.

Tədbirdə iştirak edən balaca vətənpərvərlər Qanlı Yanvar faciəsinə həsr olunan şeir və səhnəciklərlə çıxış ediblər.Tədbir zamanı Suraxanı rayon MKS-nin 4 saylı filialının 20 yanvara həsr olunmuş kitab şərgisi də nümayiş olunub.

Sonda jurnalist və təşkilatçı Lalə Qəzənfərin Qanlı 20 Yanvar hadisələrinin 29 illiyi ilə əlaqədar “Şəhidlər Ölmürlər” adlı layihəsi çərçivəsində hazırladığı video-çarx təqdim edilib.

baku-art.az

“Qanlı Yanvar” adlı tədbir keçirilib

“Qanlı Yanvar” adlı tədbir keçirilib

“Qanlı Yanvar” adlı tədbir keçirilib

“Qanlı Yanvar” adlı tədbir keçirilib
Oxunma sayı : 211