az
Bütün xəbərlər

Sabunçu rayonu MKS-nin 8 saylı filialında ''Qan yaddaşımız'' başlığı altında sərgi təşkil olunub

21-01-2019, 10:54
 Sabunçu rayonu MKS-nin 8 saylı filialında ''Qan yaddaşımız'' başlığı altında sərgi təşkil olunub

Yanvarın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayonu MKS-nin 8 saylı filialında Ümumxalq Hüzn Gününə həsr olunmuş ''Qan yaddaşımız'' başlığı altında sərgi təşkil olunub.

Sərgidə 20 Yanvar faciəsinə həsr olunmuş kitab, jurnal, qəzet materiallarından istifadə olunub.

Sərgidə iştirak edən oxuculara 20 Yanvar faciəsinin Azərbaycan xalqının hüzn və şərəf günü olduğu bildirilib.

Kitabxanda həmçinin Qanlı Yanvar gününə həsr olunmuş foto-stend də təşkil olunub.

baku-art.az

 Sabunçu rayonu MKS-nin 8 saylı filialında ''Qan yaddaşımız'' başlığı altında sərgi təşkil olunub
Oxunma sayı : 87