Yüklənir...biraz gözləyin
Azərbaycan
Русский
English
Email : info@bmt.az
Ana səhifə
Xəbərlər
Struktur
Əlaqə
 
   
 


Bu gün Zəlimxan Yaqubun doğum günüdür

 
Bu gün Zəlimxan Yaqubun doğum günüdür

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.

1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

1983-cü ildən AYB-nın üzvüdür. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞda, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.

Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərinə, geniş ictimai fəaliyyətinə görə 50 yaşında Azərbaycanın “Şöhrət”, gürcü və Azərbaycan xalqları arasında dostluq və mədəni əlaqələr sahəsində apardığı uğurlu işlərə görə Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunub. 55 yaşında Azərbaycanın ən yüksək fəxri adına – “Xalq şairi” adına layiq görülüb. Anadan olmasının 60 illik yubileyi ərəfəsində isə Azərbaycan Prezidentinin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsüdür.

2010-cu ildə anadan olmasının 60 illiyi ilə əlaqədar həmçinin Gürcüstan Respublikası prezidentinin sərəncamı ilə bu ölkənin “Şöhrət” ordeni ilə təltif olunub.

Ömrünün 60 yaşını tamamlayan xalq şairi Azərbaycanda nəşr olunmuş və eləcə də müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir. O cümlədən 1998-ci ildə gürcü dilində nəşr olunan “Söz camı” adlı şeirlər kitabı gürcü oxucuları tərəfindən rəğbətlə qarşılanıb.

Azərbaycan ədəbiyyatının, ictimai fikrinin ən görkəmli nümayəndələrindən Süleyman Rəhimov, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Muğanna, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Budaq Budaqov, Xudu Məmmədov, Pənah Xəlilov, Yaşar Qarayev, Tofiq Hacıyev, Nizami Cəfərov və başqaları onun haqqında ciddi elmi məqalələr, kitablar yazmışlar.

Bir-birinin ardınca oxuculara təqdim etdiyi “Saz”, “Göyçə dərdi”, “Cavidin qız balası”, “Şair harayı”, “Sizi qınamıram”, “Vətən yaraları”, “Göyçədən gələn səslər”, “Borçalıda qalan izlər”, “Yunus İmrə”, “Ey vətən oğulları”, “Suallar”, “Haqq-ədalət”, “Tanı məni, Amerika”, “Böyük ömrün dastanı”, “Əbədiyyət dastanı”, “Peyğəmbər” və “Sürgün” poemalarını nəşr etdirib və bu əsərlər geniş oxucu rəğbəti qazanıb.

Haqqında dövlət sifarişi ilə çəkilən “Dədələr yolu” və “Zəlimxan dastanı” adlı filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Zəlimxan Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.

baku-art.az


 

Oxunma sayı : 38 | 21-01-2019, 10:16 |





  Seçilmiş xəbərlər
 Yasamal rayon Heydər Əliyev Mərkəzində  Xalq  artisti  Tofiq  Tağızadənin  100 illik yubileyi  ilə əlaqədar  tədbir  keçirilib
Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
15-02-2019, 17:07
İ.Əbilov adına Mədəniyyət Mərkəzində “İncəsənət və Şərab” adlı tədbir keçirilib
İ.Əbilov adına Mədəniyyət Mərkəzində “İncəsənət və Şərab” adlı tədbir keçirilib
6-02-2019, 17:47
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi Qara Qarayevin  ev muzeyini ziyarət edib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi Qara Qarayevin ev muzeyini ziyarət edib
6-02-2019, 15:30

  Tədbirlər planı

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbirlər planı

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbirlər planı
11-01-2018, 13:38

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ilə əlaqədar tədbirlər planı

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ilə əlaqədar tədbirlər planı
25-12-2017, 12:12

Ümummilli Lider Heydər Əliyevin  anım günü ilə əlaqədar tədbirlər planı

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər planı
5-12-2017, 15:54

bütün

  Bu günün tarixi

Bu günün tarixi

Bu günün tarixi

 
  Son xəbərlər

  YAY qalereyasında növbəti sərgi açılıb
Bu gün, 17:38
  Aktauda keçirilən moda festivalında Azərbaycan da təmsil olunub
Bu gün, 15:39
  Xanəndə Qoçaq Əsgərovun ifalarının yer aldığı albom Avropada 200 min tirajla satılıb
Bu gün, 15:37
  R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi Qara Qarayevin anadan olmasının 101 illik yubileyinə həsr edilmiş tədbir keçirib
Bu gün, 15:13
  Sabunçu rayon MKS –nin 8 saylı filialında "Kitab-əvəzsiz sərvətdir" adlı bədii qiraət günü keçirilib
Bu gün, 14:54
  Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Bütün kitabsevərlərə 23 sual” adlı viktorina keçirəcək
Bu gün, 10:30
  Sabunçu rayon MKS-nin 11 saylı filialında "Arkadi Qaydar-115" adlı sərgi və söhbət təşkil olunub
Bu gün, 10:28
  Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası Xəzər Universiteti Dünya Məktəbində səyyar kitab sərgisi təşkil edib
Bu gün, 10:08
  C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbi “We are the world” adlı konsert təqdim edib
Bu gün, 10:01
  11 nömrəli 11 illik musiqi məktəbində müəllim konserti keçirilib
Bu gün, 09:42
bütün

  Bizim layihələr
Bakıda turistlər qutab bişirdilər (Foto)
Bakıda turistlər qutab bişirdilər (Foto)
6-06-2017, 10:38
  Metodiki tövsiyələr
Səni kim unudar (Mikayıl Müşfiq 110 illiyi)
Səni kim unudar (Mikayıl Müşfiq 110 illiyi)
25-12-2018, 09:42
  Azərbaycan mətbəxi
Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?
Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?
10-01-2019, 12:52

  Digər xəbərlər
Mərakeş mətbuatı: Azərbaycan dünyaya açıq olan ölkədir
Mərakeş mətbuatı: Azərbaycan dünyaya açıq olan ölkədir
Bu gün, 09:30
 Pakistan qəzetində “İmadəddin Nəsimi: Böyük klassik türk sufi şairi” adlı məqalə dərc olunub
Pakistan qəzetində “İmadəddin Nəsimi: Böyük klassik türk sufi şairi” adlı məqalə dərc olunub
14-02-2019, 14:34
Fevralın 14-ü Beynəlxalq kitab bağışlama günüdür
Fevralın 14-ü Beynəlxalq kitab bağışlama günüdür
14-02-2019, 09:14
 Bu gün Xalq artisti Bəhram Mansurovun doğum günüdür
Bu gün Xalq artisti Bəhram Mansurovun doğum günüdür
12-02-2019, 11:16
 Bu gün Azərbaycanlı kinorejissor Tofiq Tağızadənin doğum günüdür
Bu gün Azərbaycanlı kinorejissor Tofiq Tağızadənin doğum günüdür
7-02-2019, 10:15
“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın təqdimatı olub
“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın təqdimatı olub
7-02-2019, 09:47

  BMTİ-nin strukturu
Teatrlar
Ev muzeyləri
Musiqi məktəbləri
Kitabxanalar
Mədəniyyət mərkəzləri

  Turizm
Mehmanxanalar
Turizm təşkilatları
Qalereyalar

  Top xəbərlər
 
İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib


Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib


Mərakeş mətbuatı: Azərbaycan dünyaya açıq olan ölkədir


11 nömrəli 11 illik musiqi məktəbində müəllim konserti keçirilib


Aktauda keçirilən moda festivalında Azərbaycan da təmsil olunub


Xanəndə Qoçaq Əsgərovun ifalarının yer aldığı albom Avropada 200 min tirajla satılıb


Bu günün tarixi


C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbi “We are the world” adlı konsert təqdim edib


Sabunçu rayon MKS-nin 11 saylı filialında "Arkadi Qaydar-115" adlı sərgi və söhbət təşkil olunub


R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi Qara Qarayevin anadan olmasının 101 illik yubileyinə həsr edilmiş tədbir keçirib


 

  Saytlarımız

  Kitabxanaların saytları
  Mədəniyyət mərkəzlərinin saytları
  Muzeylərin saytları
  Musiqi məktəblərinin saytları
 



  Linklər
























 
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 




 

Baku-Art.az  © 2008-2012  |  Privacy Policy
Ana səhifə /   Xəbərlər / Haqqımızda / Əlaqə