az
Bütün xəbərlər

Bu gün xalq artisti Afaq Məlikovanın doğum günüdür

18-01-2019, 10:28
Bu gün xalq artisti Afaq Məlikovanın doğum günüdür

Bu gün məşhur Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in xalq artisti Afaq Məlikovanın doğum günüdür.

Afaq Məlikova 1947-ci il yanvar ayının 18-də Bakıda anadan olub. Uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri dodaqaltı zümzümə edir, rəqs etməyi sevirdi. Qızlarının rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə təyin edirlər.

Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlir.

Afaq Süleyman qızı 1963-1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1974-cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir.

Bir sıra xarici ölkələrdə (Türkiyə, Polşa, Fransa, İngiltərə, Kanada, Portuqaliya, Almaniya, İspaniya və s.) çıxış edib.

1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışır.


baku-art.az
Oxunma sayı : 206