az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 2 saylı filialı “Nəsillərə yadigar əfsanəvi qəhrəmanlıq” adlı söhbət keçirib

15-01-2019, 16:33
Sabunçu rayon MKS-nin 2 saylı filialı “Nəsillərə  yadigar əfsanəvi qəhrəmanlıq” adlı söhbət  keçirib

Yanvarın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 saylı filialı Milli Qəhrəmanlar Mətləb Quliyev və Rövşən Abdullayevə həsr olunmuş “Nəsillərə yadigar əfsanəvi qəhrəmanlıq” adlı söhbət keçirib.

Tədbir 170 saylı tam orta məktəbdə təşkil edilib.

İlk öncə Şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edilib.

Daha sonra söhbəti giriş sözü ilə abonement bölməsinin müdiri S.Əliyeva açaraq Milli Qəhrəmanlar haqqında məlumat verib.Bildirib ki, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərlə insanımız iştirak edib və şəhidlik zirvəsinə qalxıb. Bu gün ölkəmizin qorunmasında, saxlanılmasında, müstəqil dövlət kimi yaşamasında və inkişaf etməsində Milli Qəhrəmanlarımızın böyük rolu olub. Məhz bu səbəbdən də hər bir azərbaycanlı onları öyrənməli, tanımalı, sevməli, onların xidmətlərini daim xatırlamalı, qiymətləndirməli, tanıtdırmalı, bugünkü və gələcək nəsillərimizə örnək olan ömürlərindən dərs almalı, onlara minnətdar olmalıdır.

Sonra söhbətdə qeyd edilib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, qanlı döyüşlərdə misilsiz şücaət göstərənlərin qəhrəmanlığı elə yüksək dərəcəyə çatmışdır ki, bu insanlar ölkəmizin ən ali fəxri adına – Azərbaycan Respublikasının Milli Qəhrəman adına layiq görülüblər. Milli Qəhrəmanların həyat yolunu, döyüş şücaətlərini hər bir Azərbaycan vətəndaşı bilməli, ondan nümunə götürməli, təbliğ etməlidir, çünki onların həyat yolu bizi qələbəyə aparan yoldur.

baku-art.az

Sabunçu rayon MKS-nin 2 saylı filialı “Nəsillərə  yadigar əfsanəvi qəhrəmanlıq” adlı söhbət  keçirib

Sabunçu rayon MKS-nin 2 saylı filialı “Nəsillərə  yadigar əfsanəvi qəhrəmanlıq” adlı söhbət  keçirib
Oxunma sayı : 99