az
Bütün xəbərlər

“Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir

15-01-2019, 15:22
“Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək “Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir.

Filmlərin növbəti nümayişi yanvarın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət evində baş tutub.

Binəqədi Mərkəzi Mədəniyyət evində "Vətənpərvərlik kinosu həftəsi" başlığı altında kinorejissor Gülnarə Abdullayevanın lentə aldığı Milli qəhrəman Həsənov Tahirə həsr olunmuş "Bizim zaman qəhrəmanları" və rejissor Kamalə Musazadənin lentə aldığı Milli qəhrəman Rəhimov Cavanşirə həsr olunmuş "Cavanşir" adlı filmlər tamaşaçılara təqdim edilib.

Filmin nümayişindən əvvəl Mədəniyyət Evinin direktoru Şahin Səmədov çıxış edərək qonaqları salamlayıb, Milli qəhrəmanlarımızın igidlik səlnaməsindən bəhs edib. Sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Filmlərin nümayişinə məktəb şagirdləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri tamaşa ediblər.

Qeyd edək ki, kino həftəsinin keçirilməsində əsas məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli Qəhrəmanlarını gənc nəslə tanıdmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

baku-art.az

“Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir

“Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir

“Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir

“Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir
Oxunma sayı : 274