az
Bütün xəbərlər

R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi “Ümid 2019” incəsənət müsabiqəsində iştirak edib

14-01-2019, 15:35
R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi “Ümid 2019” incəsənət müsabiqəsində iştirak edib

Yanvarın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən “Ümid 2019” incəsənət müsabiqəsində iştirak edib.

Müsabiqədə R. Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin Fortepiano şöbəsinin müəllimləri Fəridə Abbasova və Afət Quliyevanın şagirdləri II sinif Rüstəm Cəfərzadə, IV sinif Hüseynağa Cəfərzadə, Fatimə Əhədli, Naidə Qasımova məharətlə çıxış ediblər.

Münsiflər heyətinin qərarına əsasən ansambl naminasiyası üzrə II dərəcəli diplomla Fatimə Əhədli və Hüseynağa Cəfərov, III dərəcəli diplomla Naidə Qasimova və Hüseynağa Cəfərov, Solo ifa naminnasiyası üzrə II sinif şagirdi Rüstəm Cəfərzadə III dərəcəli diploma, IV sinif şagirdləri Fatimə Əhədli və Hüseynağa Cəfərov laureat adı qazanıb.

baku-art.az

R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi “Ümid 2019” incəsənət müsabiqəsində iştirak edib

R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi “Ümid 2019” incəsənət müsabiqəsində iştirak edib

R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi “Ümid 2019” incəsənət müsabiqəsində iştirak edib
Oxunma sayı : 223