az
Bütün xəbərlər

R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi Arif Məlikovun 85 illiyi yubileyinə həsr edilmiş tədbir keçirib

11-01-2019, 16:13
R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi Arif Məlikovun 85 illiyi yubileyinə həsr edilmiş tədbir keçirib

Yanvarın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi görkəmli Azərbaycan Bəstəkarı, Xalq artisti, “Şöhrət” və “İstiqlal ordenli, ictimai xadim, professor Arif Məlikovun 85 illiyi yubileyinə həsr edilmiş tədbir keçirib.

İlk öncə tədbiri nəzəriyyə şöbəsinin müəllimi Cəmalə Əliyeva açaraq, qonaqları salamlayıb və bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Arif Məlikovun musiqisi yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində səslənərək müəllifə böyük şöhrət qazandırıb.

Sonra məktəbin müəllim və şagirdləri görkəmli bəstəkarın seçilmiş əsərlərindən ibarət musiqi nömrələri ilə çıxış ediblər.

Konsert iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

baku-art.az

R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi Arif Məlikovun 85 illiyi yubileyinə həsr edilmiş tədbir keçirib

R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi Arif Məlikovun 85 illiyi yubileyinə həsr edilmiş tədbir keçirib

R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi Arif Məlikovun 85 illiyi yubileyinə həsr edilmiş tədbir keçirib

R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi Arif Məlikovun 85 illiyi yubileyinə həsr edilmiş tədbir keçirib
Oxunma sayı : 97