az
Bütün xəbərlər

“Ah, bu uzun sevda yolu” tamaşası Abbas Mirzə Şərifzadə səhnəsində göstəriləcək

11-01-2019, 11:44
 “Ah, bu uzun sevda yolu” tamaşası Abbas Mirzə Şərifzadə səhnəsində göstəriləcək

Azərbaycan Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə adına səhnəsində görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilən “Ah, bu uzun sevda yolu” tamaşası təqdim ediləcək.

Yanvarın 19-da baxılacaq səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

baku-art.az
Oxunma sayı : 60