az
Bütün xəbərlər

Əməkdar artist Timur Əsgərov Jan de Briyen obrazını canlandıracaq

11-01-2019, 10:51
 Əməkdar artist Timur Əsgərov Jan de Briyen obrazını canlandıracaq

Yanvarın 30-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Aleksandr Qlazunovun “Raymonda” baleti nümayiş olunacaq.

Azərbaycanın Əməkdar artisti Timur Əsgərov səhnə əsərində Jan de Briyen obrazını canlandıracaq. Baletin dünya premyerası 1898-ci ildə Mariya Teatrında olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. T.Əsgərov 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

baku-art.az
Oxunma sayı : 58