az
Bütün xəbərlər

Kitabxananın fəal oxucuları mükafatlandırılıb

10-01-2019, 16:04
 Kitabxananın fəal oxucuları mükafatlandırılıb

07.12.2018-ci il tarixində YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi tərəfindən keçirilmiş Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş viktorina təşkil edilib.

Yanvarın 9-da viktorinada fəal iştirak etdiklərinə görə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin fəal oxucuları H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 4b sinif şagirdi İskəndərov Vaqif Müşfiq oğlu, 3d sinif şagirdi İskəndərli Məhəmməd Müşfiq oğlu,136 saylı məktəbin şagirdləri Qərib Mikayılov, Anar Əhmədzadə, Əhmədzadə Şəms təşəkkürnamə ilə təltif olunublar.

baku-art.az
Oxunma sayı : 83