az
Bütün xəbərlər

Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?

10-01-2019, 12:52
Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?


İstər ölkə daxilində istirahət edin, istərsə də ölkə xaricində... Heç kəs öz istirahətini yeməklərsiz təsəvvür etmir. Hər kəs getdiyi bölgənin mətbəxinə xas yeməklərdən dadmaq istəyir.

Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?


Bütün bu istəkləri nəzərə alaraq sizin üçün Azərbaycan mətbəxinin ən ləziz təamlarını topladıq. Getdiyiniz Azərbaycan bölgələrində soruşub-axtarmağa vaxt sərf edincə,əvvəlcədən xəbərdar olmağınız məsləhətlidir. Odur ki,diqqətli olun:
Hansı bölgədə nə yeyə bilərsiniz?

Quba

Quba Paxlavası- Şəhərin hər yerində o cümlədən şəxsi həyətlərdə bişirilib satılır. Nisbətən Şəki və Bakı paxlavasına bənzəsədə dadı fərqlidir. Əgər bu il yolunuzu Qubadan salacaqsanızsa,məşhur Quba şirniyyatının dadına baxmadan geri dönməyin.


Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?


Quba bükməsi- Quba paxlavası ilə eyni inqridyentlərdən istifadə olunur.Amma hazırlanması,forması və dadı fərqlıdır.

Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?


Ləzgi qonaqlığı...

El arasında ləzgi qonaqlığı ilə bağlı fikir var.Əgər qonaq getdiyiniz evdə yemək yeyib,tələsik getsəniz,peşiman olarsınız...

Qusar

Xərək çörəyi- Qusar çörəyinə belə deyilir.Çörək şimal zonasına xas olan təndirdə bişirilir. Bu təndir digər bölgələrdə istifadə edilən təndirdən bir qədər fərqlidir.

Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?


Tsıkan- Ləzgi mətbəxinin ən məşhur yeməyidir. O da xərəkdə bişirilir. Xəmir xörəyidir.

Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?


Oğuz

Afar- Oğuz üsulu bişən qutaba deyilir. Göyərti və şorla hazırlanır. İçərisində pencər deyilən bitki qoyulur və sacda bişir.Göyərtiyə ət maşınında üyüdülmüş qoz ləpəsi,nar dənələri də qatılır.Qatıq və sumaxla yeyilir.

Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?


İlisu,Qax

Sürhülü-İlisunun 35 növ xəmir xörəyindən biridir.Bu yemək növüdür.

Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?


Girs- Soyuq vaxtlarda ən çox hazırlanan xəmir xörəyidir. İlisuda bu yeməyi bişirib qonaq qabağına çıxarırsansa, demək həmin şəxs sənin ən əziz qonağındır. Digər bölgələrdə bu xörək növünə gürzə deyilir.

Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?



baku-art.az
Oxunma sayı : 230