az
Bütün xəbərlər

Nizami rayon MKS-nin xidmət şöbəsi “Qəhrəmanlarmız sönməz məşəldir” adlı söhbət keçirib

10-01-2019, 10:42
Nizami rayon MKS-nin xidmət şöbəsi “Qəhrəmanlarmız sönməz məşəldir” adlı söhbət keçirib

Yanvarın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon MKS-nin xidmət şöbəsinin əməkdaşları 61 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Quliyev Mətləb Kamran oğlunun anadan olmasının 60 illiyi ilə əlaqədar “Qəhrəmanlarmız sönməz məşəldir”adlı söhbət keçirib.

Xidmət şöbəsinin işçisi Rəna Mustafayeva çıxış edərək, Milli Qəhrəmanın həyatı və keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verib.Bildirib ki, Mətləb Kamran oğlu Quliyev 1959-cu il yanvarın 9-da Beyləqan şəhərində anadan olub. O, 1992-ci ildə leytenant rütbəsində Daxili qoşunlarda xidmətə başlayıb, cəbhənin müxtəlif istiqamətlərində cəsarətlə vuruşub, 1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı döyüşdə şəxsi sücaət göstərib, pulemyotla təkbaşına düşmənin üzərinə yeriyib, onlarla erməni yaraqlısını məhv edib, özü də qəhrəmanlıqla həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Söhbətin keçirilməsində əsas məqsəd Milli Qəhrəmanlırımızla şagirdləri tanış etmək və onlara qəhrəmanlarımızı unutmamağı tövsiyə etməkdir.

baku-art.az

Nizami rayon MKS-nin xidmət şöbəsi “Qəhrəmanlarmız sönməz məşəldir” adlı söhbət keçirib
Oxunma sayı : 82