az
Bütün xəbərlər

Bu gün Baba Vəziroğlunun doğum günüdür

10-01-2019, 10:36
 Bu gün Baba Vəziroğlunun doğum günüdür

Baba Vəzir oğlu Məsimov - nasir, şair, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub.

Ədəbi fəaliyyətə “Ulduz” jurnalında (1976, №8) çap etdirdiyi “Bir yaz axşamı”, “Mağazinçi Dadaş” hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Uzun illər teleşirkətdə aparıcı olmuşdur. “Mir” Dövlətlərarası Teleradio Şirkətində redaktor (1997-1998), Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor (1998-2002) olmuşdur. Hazırda orada idarə heyətinin katibidir (2002-ci ildən). Sonra orada ədəbi proqramlar studiyasının müdiri (1991-1992), “Yurd” jurnalının məsul katibi (1993-1994), “İstedad” jurnalının baş redaktorunun müavini (1994) işləmişdir.

Mindən artıq şeirinə mahnı bəstələnib. “Həsən Seyidbəyli”, “Yeri boş qalan adam” (Rəşid Behbudov), “Sənsiz və ya ömrün son axşamı” (Həsən Turabov), “Haradan başlanır vətən”, “Elegiya” (Zərifə Əliyeva), “Beş nəğməlik ömür” (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir.

1983-cü ildə İ.Karacalenin “İtirilmiş məktub” dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülüb.

1988-ci ildə “Respublika komsomolu” mükafatı, 2000-ci ildə isə “Humay” mükafatı laureatı olub. 2005-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi olub.

baku-art.az
Oxunma sayı : 80