az
Bütün xəbərlər

“Özünü kəşf et” layihəsinin yekun sərgisi açılacaq

9-01-2019, 15:44
 “Özünü kəşf et” layihəsinin yekun sərgisi açılacaq

Yanvarın 10-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Özünü kəşf et” adlı ustad dərslərinin “Artıq kəşf etdim” adlı yekun sərgisi açılacaq.

Qeyd edək ki, ötən ilin iyulundan başlayan “Özünü kəşf et” layihəsi dekabradək davam edib. Layihə çərçivəsində 600 nəfərin iştirakı ilə 30-dan çox dərs keçirilib. İştirakçılar bu dərslərdə öyrəndikləri vasitələrlə yaratdıqları əsəri yekun sərgidə qonaqlara təqdim edəcəklər.

Tədbir zamanı pianoçu Seymur Əliyevin ifaları iştirakçılara xoş ovqat bəxş edəcək.

baku-art.az
Oxunma sayı : 80