az
Bütün xəbərlər

Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında şair Qəzənfər Məsimoğlunun 55 illik yubileyi ilə əlaqədar “Sevgisiz ömür olmur” adlı tədbir keçirilib

9-01-2019, 10:42
 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında şair Qəzənfər Məsimoğlunun 55 illik yubileyi ilə əlaqədar “Sevgisiz ömür olmur” adlı tədbir keçirilib

Yanvarın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında AYB-nin üzvü, şair, publisist Qəzənfər Məsimoğlunun 55 illik yubileyi ilə əlaqədar “Sevgisiz ömür olmur” adlı tədbir keçirilib.

Tədbirdə Xətai rayon MKS-nin əməkdaşları, şairin qələm dostları AYB-nin üzvü, şair, publisist, jurnalist, pedaqoq M. Coşqun, şairə AYB-nin üzvü Ə.Ağahüseynqızı, şairə H. Qəbələ, şairə S. Şəms, ADR-nun solisti H. İsmayıllı, AYB-nin üzvü, şair V. Qaraçaylı, qiraətçi M.Mailxanlı, AYB-nin üzvü, şairə N.Misir, AYB-nin üzvü, şair M. Məcidoğlu, AYB-nin, AAB-nin üzvü, şair A. Cəfakeş, şair V.Ağayev, şair R. Şindidağlı, qiraətçi S.Səmədov, şairə Ş. Süleymanlı, şair M. Məmmədli, publisist İ. Məmmədli, qiraətçi M. Fərəcova, şairə F.Əsədova, şair A. Fərhadoğlu, şairin qızı N. Məmmədova və nəvələri iştirak ediblər.

İlk öncə tədbiri AYB-nin üzvü, şair Vəli Qaraçaylı giriş sözü ilə açaraq şairin işıq üzü görmüş “Kimin yoxsa məhəbbəti, “Əsgirəvan kəndinin səcərələri”, “Mən gözəllik aşiqiyəm”, “Açıl sabahım açıl”, “Sevgisiz ömür olmaz” adlı kitabları haqqında danışıb və şairi 55 illik yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb.

Daha sonra çıxış edən şairin qələm dostları şairin Azərbaycan poezyasına bəxş etdiyi əsərlərdən söhbət açıb, bu əsərlərin gənclər tərəfindən sevilə-sevilə oxunduğunu bildiriblər, eləcə də şairlə bağlı yadda qalan xatirələrini söyləyiblər.

Yubiley mərasimində şairin qızı N. Məmmədova və nəvələri onun vətənə, məhəbbətə, uşaqlara yazdığı şeir nümunələrindən səsləndiriblər.

Daha sonra yubilyar hər kəsə öz minnətdarlığını bildirib və poezyaya gəlməkdə ona kömək edən usdadı şair M. Coşquna borclu olduğunu qeyd edib.

Tədbirin sonunda Xətai rayon MKS-nin direktoru H.Məmmədova şairi yubley münasibətilə təbrik edib və belə görüşlərin gənc nəslin təlim-tərbiyəsində, mədəni inkişafında və bir şəxsiyyət kimi yetişməyində əvəzsiz rolunu vurğulayıb.

baku-art.az

Oxunma sayı : 155