az
Bütün xəbərlər

Həmvətənimiz Dövlət Akademik Mariya Teatrında çıxış edəcək

4-01-2019, 09:54
 Həmvətənimiz Dövlət Akademik Mariya Teatrında çıxış edəcək

Yanvarın 10-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Zoluşka” baleti nümayiş olunacaq.

“Mariya-2” səhnəsində təqdim olunacaq baletdə Şahzadənin partiyasını Azərbaycanın Əməkdar Artisti Timur Əsgərov ifa edəcək. Baletin Mariya Teatrında Aleksey Ratmanskinin xoreoqrafiyasında premyerası 2002-ci ildə olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

baku-art.az
Oxunma sayı : 85