az
Bütün xəbərlər

Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Bir olaq, həmrəy olaq” başlığı altında tədbir keçirilib

3-01-2019, 15:31
 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Bir olaq, həmrəy olaq” başlığı altında tədbir keçirilib


Dekabrın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə “Bir olaq, həmrəy olaq” başlığı altında tədbir keçirilib.

Tədbirdə Avropa Azərbaycanlılar Konqresinin Baş katibi Arzu Muradlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə, BDU-nun kitabxana-biblioqrafiya fakultəsinin müəlliməsi, jurnalist, publisist, AYB-nin üzvü İradə Əlili, AYB-nin üzvü, şairə Əzizə Ağahüseyn qızı, AYB-nin üzvü, şair Qəzənfər Məsim olğu, 5 nömrəli Bakı Peşə Liseyinin tələbələri, Bakı şəhər kitabxanalarının əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin baş kitabxanaçısı Ağgül Mərdanova ilk öncə tədbir iştirakçılarını salamlayıb və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edib. Daha sonra qeyd edib ki, bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — 31 dekabr da Azərbaycan xalqının ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Sonra Avropa Azərbaycanlılar Konqresinin Baş katibi Arzu Muradlı bildirib ki, XX əsrin əvvəllərindən təşəkkül tapan və fəaliyyətini son dövrlərdə xeyli gücləndirən Azərbaycan diasporu yeni bir inkişaf mərhələsindədir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində formalaşan özəkləri, birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tanınması və təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş istifadə edir. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunur, xüsusi radio və televiziya verilişləri hazırlanır. Həmçinin Finlandiyadada bu istiqamətdə görülən işlərdən, Azərbaycan mədəniyyətinin, dilinin, tarixi irsinin təbliğindən danışıb.

Tədbirdə çıxış edən , BDU-nun kitabxana-biblioqrafiya fakultəsinin müəlliməsi, jurnalist, publisist, AYB-nin üzvü İradə Əlili Azərbaycanda və Avropada kitabxanaların fəlaiyyəti haqqında, o cümlədən “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin həyata keçirdiyi layihənin əhəmiyyəti və düzgün peşə seçimində vacib rolundan danışıb.

Daha sonra çıxış edən natiqlər 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün əhəmiyyətindən söhbət ediblər.

Tədbirin sonunda çıxış edən Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova Azərbaycan xalqını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edib və qeyd edib ki, tezliklə bu bayramı işğal olunmuş rayonlarımızda qeyd edəcəyik. Son olaraq bütün Azərbaycan xalqını həmrəy olmağa səsləyib.

baku-art.az

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Bir olaq, həmrəy olaq” başlığı altında tədbir keçirilib

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Bir olaq, həmrəy olaq” başlığı altında tədbir keçirilib

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Bir olaq, həmrəy olaq” başlığı altında tədbir keçirilib

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Bir olaq, həmrəy olaq” başlığı altında tədbir keçirilib

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Bir olaq, həmrəy olaq” başlığı altında tədbir keçirilib

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Bir olaq, həmrəy olaq” başlığı altında tədbir keçirilib

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Bir olaq, həmrəy olaq” başlığı altında tədbir keçirilib

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Bir olaq, həmrəy olaq” başlığı altında tədbir keçirilib

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Bir olaq, həmrəy olaq” başlığı altında tədbir keçirilib
Oxunma sayı : 154