az
Bütün xəbərlər

Badamdar qəsəbə Mədəniyyət evi Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı ilə birlikdə bayram şənliyi keçirib

3-01-2019, 14:59
 Badamdar qəsəbə Mədəniyyət evi  Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı ilə birlikdə bayram şənliyi  keçirib

Dekabr 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evi Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı ilə birlikdə Badamdar qəsəbəsində yerləşən N saylı hərbi hissədə 31 dekabr - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram şənliyi keçirib.

Tədbirdə öncə Mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin Yeni ilə və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsm sərgisi keçirilib.

Tədbirin aparıcısı Şamil Azadov bu bayramların yaranması haqqında tədbir iştirakçılarına məlumat verib. Badamdar qəsəbə Mədəniyyət evinin direktoru Xavər Ramazanova və S. Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru Leyla Ramazanlı çıxış edərək əsgərləri bayram münasibəti ilə təbrik ediblər.

Sonra konsert proqramı ilə şənlik davam etdirilib. Müğənnilər Leyla Ramazanlı , Lətafət Məhərrəmli , Murad Mehrəliyev, Elxan Qaraxanoğlu, Seymur Əliyev, Şamil Azadov ,Rəna Hüseynovanın, Suğra Lütfəliyevanın ifalarında mahnılar, Badamdar qəsəbə Mədəniyyət evinin rəqs kollektivinin çıxışları tədbirə rəngarənglik qatıb.

Sonda hərbi hissə tərəfindən Badamdar qəsəbə Mədəniyyət evinin, S. Bəhlulzadə adına Mədəniyyət Sarayının kollektivləri və tədbir iştirakçıları Fəxri fərmanlar ilə təltif ediliblər.

baku-art.az

Oxunma sayı : 84