az
Bütün xəbərlər

“Təhlükəli xəstəlik-QİÇS" başlıqlı söhbət keçirilib

14-12-2018, 11:52
“Təhlükəli xəstəlik-QİÇS" başlıqlı söhbət keçirilib


Dekabrın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 1 saylı filialında Akif Qambayzadə adına 148 saylı tam orta məktəblə birlikdə 1 dekabr QiÇS-lə mübarizə gününə həsr olunmuş "Təhlükəli xəstəlik-QİÇS" başlıqlı söhbət keçirilib.

İlk növbədə yeniyetmələri bu haqda maarifləndirmək məqsədi ilə onlara bukletlər və broşür şəklində olan məlumat kitabçaları paylanılıb.Söhbəti kitabxananın şöbə müdiri Lalə Məhərrəmova açıb. O, qeyd edib ki söhbətin təşkilində əsas məqsəd yeniyetmələri QİÇS , elecə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaqdan ibarətdir. Bu kimi tədbir və söhbətlərin mütəmadi olaraq kitabxanada keçirilməsi mütləqdir. Məktəbin müəlliməsi Bahar xanım qeyd edib ki, məktəbdə də bu barədə silsilə maarifləndirmə tədbirləri keçirilir.

Şagirdlərin öz fikirlərini sərbəst ifadə etməsindən məlum oldu ki, həqiqətən də onlar bu barədə yetərincə məlumatlıdılar. Şagirdlər həmçinin mövzuya aid çəkdikləri rəsmləri təqdim ediblər.

Sonda kitabxananın şöbə müdiri Nigar Məmmədova söhbət üçün şagirdlərə öz təşəkkürünü bildirib.

baku-art.az

“Təhlükəli xəstəlik-QİÇS" başlıqlı söhbət keçirilib

“Təhlükəli xəstəlik-QİÇS" başlıqlı söhbət keçirilib

“Təhlükəli xəstəlik-QİÇS" başlıqlı söhbət keçirilib

“Təhlükəli xəstəlik-QİÇS" başlıqlı söhbət keçirilib
Oxunma sayı : 145