az
Bütün xəbərlər

G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbi şagirdinin növbəti uğuru

13-12-2018, 15:24
G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbi  şagirdinin növbəti  uğuru


6 – 10 Dekabr tarixlərində Bakıda “Gürcüstan İncəsənət Xadimlər Birliyi” Bülbül adına Orta İxtisas Musiqi məktəbi “Future Stars 2018” IX Beynəlxalq Klassik Musiqi festivalı keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbin klarnet ixtisası üzrə IV sinif şagirdi 10 yaşlı Rzazadə Asim bu festivalda M.Mangani “Romans”, B.Kovacs “Sholem - alekhvem rov Feidman” əsərlərini məharətlə ifa edərək I yerə layiq görülüb. O, dekabrın 9-da Beynəlxalq Muğam mərkəzində Qala - Konsertdə M.Manqani “Romans” əsərini ifa edib.

Qeyd edilib ki, Asim bir neçə Respublika və Beynəlxalq müsabiqələrin laureatı olub. Onun müəllimi məsləhətçi müəllim Vaqif Məmmədovdur. Asimi fortepianoda Svetlana Əhmədova müşayiət edib.

baku-art.az

G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbi  şagirdinin növbəti  uğuru
Oxunma sayı : 87