az
Bütün xəbərlər

Şüvəlan qəsəbə Mədəniyyət evi “Əbədiyaşar Lider” adlı dəyirmi masa keçirib

13-12-2018, 15:07
Şüvəlan qəsəbə Mədəniyyət evi “Əbədiyaşar Lider” adlı dəyirmi masa keçirib


Dekabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyaşar Lider” adlı dəyirmi masa keçirib.

İlk öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə Mədəniyyət evinin bədii rəhbəri Zəminə Bayramova açaraq Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib.Bildirib ki, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin və dövlətçiliyin əbədi olmasını təmin etmiş, ölkəmizi günü-gündən çiçəklənən və inkişaf edən bir diyara çevirib.

Sonra poeziya dərnəyinin üzvü Vüsalə Zərbəliyeva mövzu ilə bağlı çıxış edib.Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətləri, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində əvəzsiz rolu və misilsiz fəaliyyəti qədirbilən xalqımız tərəfindən hər zaman dərin minnətdarlıq hissi ilə yad edilir, Ulu Öndərin əziz xatirəsi daim uca tutulur.

Tədbirin bədii hissəsində poeziya dərnəyinin üzvləri Lalə Əhmədova, Nailə Haşımzadə, Fatimə Vəlizadə dahi şəxsiyyət Heydər Əliyevə və Azərbaycana həsr olunan şeirlər söyləyiblər.

baku-art.az

Şüvəlan qəsəbə Mədəniyyət evi “Əbədiyaşar Lider” adlı dəyirmi masa keçirib

Şüvəlan qəsəbə Mədəniyyət evi “Əbədiyaşar Lider” adlı dəyirmi masa keçirib

Şüvəlan qəsəbə Mədəniyyət evi “Əbədiyaşar Lider” adlı dəyirmi masa keçirib

Oxunma sayı : 219