az
Bütün xəbərlər

Ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiya Federasiyasının bir çox kitabxanalarında anılıb

13-12-2018, 10:30
 Ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiya Federasiyasının bir çox kitabxanalarında anılıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının təşəbbüsü ilə beynəlxalq layihə əsasında Orenburq vilayətinin Pokrovka modern kitabxanası ilə birgə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş interaktiv plakat hazırlanıb.

İnteraktiv plakat Udmurt Milli Kitabxanasına, Moskva şəhərinin Qərb İnzibati Dairəsinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminə, Orenburq Aqrar Kollecinin kitabxanasına, Ulyanovsk Vilayət Mərkəzi Elmi Kitabxanasına, A.P.Çexov adına Blaqoveşensk Şəhər Kitabxanasına, S.Vurğun adına Kiyev Şəhər Kitabxanasına göndərilib. İnteraktiv plakatdan tədbirlər zamanı istifadə olunub.İnteraktiv plakatda Ulu Öndərin fotoşəkilləri, haqqında yazılmış kitablar və qəbirüstü abidəsini özündə əks etdirən kollajın üzərinə yerləşdirilən interaktiv nöqtələrdə dahi siyasətçi Heydər Əliyev haqqında maraqlı məlumatlar yerləşdirilib.

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş interaktiv plakatda 10 interaktiv nöqtə mövcuddur. Nöqtələrin hər biri aktivləşdirilib və orada maraqlı linklərə keçidlər qoyulub. İnteraktiv plakatın üzərində yerləşən nöqtələrdə aşağıdakı məlumatlar əks olunub: Azərbaycan xalqının Ümummilli lideri haqqında məlumat, Heydər Əliyevin bioqrafiyası, Heydər Əliyev haqqında elektron sənədlər toplusu, Heydər Əliyev Mərkəzi haqqında, “Heydər Əliyev və mədəniyyət”, İsa Həbibbəylinin “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” elektron kitabları, Heydər Əliyevin fəaliyyəti haqqında sənədli film, Heydər Əliyev “Alagöz” mahnısını oxuyarkən, Ulu Öndərin həyat yolu (infoqrafika), Ağadadaş Ağayevin ifasında “Xalq Heydər söyləyəcək” mahnısı (məlumatlar Azərbaycan və rus dillərindədir).

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş interaktiv plakathttps://www.thinglink.com/scene/1128040452402970625 linkdə yerləşdirilib.

Xəbər verdiyimiz kimi, Ulu Öndərə həsr olunmuş daha bir interaktiv plakat Yasamal rayonunda fəaliyyət göstərən məktəblərə və məktəbəqədər təhsil müəssisələrinə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinə,Respublika Elmi-Tibb və Respublika Elmi-Texniki kitabxanalarına, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Diplomatik Akademiyası Universitetinin kitabxanalarına, Polis Akademiyasının, “Azərbaycan” Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Milli Konservatoriyasının elmi kitabxanalarına, bir sıra şəhər və rayon MKS-lərinə göndərilib.

İnteraktiv plakatla https://www.thinglink.com/scene/1127875848339193859 linkdə tanış olmaq olar.

baku-art.az

 Ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiya Federasiyasının bir çox kitabxanalarında anılıb

 Ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiya Federasiyasının bir çox kitabxanalarında anılıb

 Ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiya Federasiyasının bir çox kitabxanalarında anılıb
Oxunma sayı : 277