az
Bütün xəbərlər

4 nömrəli uşaq incəsənət məktəbində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

13-12-2018, 09:41
 4 nömrəli uşaq incəsənət məktəbində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Dekabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

İlk öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra məktəbin nəzəriyyə şöbəsinin müəllimi Nigar Cəlilova məruzə ilə çıxış edərək, Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində göstərdiyi misilsiz xidmətlərdən danışıb. Müasir Azərbaycanın qurucusu H. Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan prezidenti İ. Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib.

Çıxışlardan sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş slayd nümayiş etdirilib.

baku-art.az

 4 nömrəli uşaq incəsənət məktəbində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
Oxunma sayı : 154