az
Bütün xəbərlər

5 nömrəli uşaq incəsənət məktəbində Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

12-12-2018, 15:35
5 nömrəli uşaq incəsənət məktəbində Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib


Dekabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin müəllimi Əzimova Şəbnəm çıxış edərək, qeyd edib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir.

Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi.

Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd təqdim edilib.

baku-art.az
Oxunma sayı : 142