az
Bütün xəbərlər

İ.Əbilov adına Mədəniyyət Mərkəzində Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib

11-12-2018, 14:57
İ.Əbilov adına Mədəniyyət Mərkəzində Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib


Dekabrın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində Ümumilli lider, Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə ilk olaraq Mədəniyyət Mərkəzinin direktoru Aida Muradova çıxış edərək Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib.

Bildirib ki, bütün ömrünü Azərbaycanın müstəqilliyi və azadlığına həsr etmiş Ulu Öndər Heydər Əliyev əsrlər keçsə belə daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Sonda "Şəlalə" xalq çalğı alətləri xalq ansamblı və "Ailə" xalq ansamblının üzvlərinin ifasında musiqilər səslənib.


baku-art.az

İ.Əbilov adına Mədəniyyət Mərkəzində Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib
Oxunma sayı : 184