az
Bütün xəbərlər

Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Diploma layiq görülüb

10-12-2018, 15:40
Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Diploma layiq görülüb

6-9 dekabr tarixlərində Gürcüstanın İncəsənət Xadimləri birliyi və Azərbaycanda rəsmi əməkdaşı olan Bülbül adına Orta İxtisas Musiqi Məktəbi tərəfindən "Gələcəyin ulduzları" IX Beynəlxalq Klassik Musiqi festivalı keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə müəllimi Raminə Ağayevanın III sinif şagirdi İbrahimova Amaliya Vaqif qızı həmin festivalda çıxış edərək Diploma layiq görülüb.

baku-art.az

Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Diploma layiq görülüb
Oxunma sayı : 99