az
Bütün xəbərlər

Bakıda Moskva mədəniyyəti günləri keçirilir

7-12-2018, 17:23
Bakıda Moskva mədəniyyəti günləri keçirilir

Mədəniyyət Nazirliyinin dəstəyi, Moskva höküməti və Moskva Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departementinin birgə təşkilatçılığı ilə 6-7 dekabr tarixlərində Bakıda Moskva mədəniyyəti günləri keçirilir.

Mədəniyyət günləri çərcivəsində Səməd Vurğun adına Azərbaycan Rus Dram Teatrında tədbir keçirilib.

Tədbirdə Prezident Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkili Mixail Zabelin, digər rəsmilər, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

İlk öncə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və Rusiyanın Azərbaycandakı səlahiyyətli səfiri Mixail Boçarnikov Moskva hökümətinin rəsmi fotoqrafı Yevgeniy Samarinin “Москва в Зарадье” adlı foto sərgisinin açılışını ediblər. Sərgidə müəllifin moskva və moskvalılara həsr olunmuş 25 əl işi nümayiş olunub.

Daha sonra Rusiyanın xalq artisti, əsrarəngiz İrina Muravyova, əməkdar artist Anna Ukolova və gənc istedadlı aktyor Yevgeni Kulakov teatrın səhnəsində Britaniya dramaturqu Albert Kovalskinin “На струнах дождя” pyesi əsasında tamaşa təqdim ediblər.

baku-art.az

Oxunma sayı : 284