G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin növbəti uğuru
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə XI sinif şagirdi Həsənli Səmra Çexiyanın Praqa şəhərində keçirilən Gənc Pianoçuların “ XV Art - Duo Musiqi festival” adlı müsabiqəsində iştirak edib. Münsiflərin qərarına əsasən Səmra I yerə layiq görülərək laureat adını qazanıb.
Müsabiqədə Səmra İ.S.Bax I cilddən Prelüdiya və fuqa g-moll, İ.Brams Rapsodiya g-moll və Q.Qarayevin 2 Prelüdünü ifa edib. Səmranın müəllimi Bakı Musiqi Akademiyasının professoru Siala Sinamdzqvarişvilidir.