az
Bütün xəbərlər

Yasamal rayon Heydər Əliyev Mərkəzində Abbas Mirzə Şərifzadənin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

3-12-2018, 10:17
Yasamal rayon Heydər Əliyev Mərkəzində Abbas Mirzə Şərifzadənin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi Yasamal rayon Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru, kino redaktoru, Azərbaycan SSR Əməkdar Artisti, Azərbaycan SSR Xalq Artisti Abbas Mirzə Şərifzadənin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Tədbiri A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru Ziyavər Əhmədova açaraq, tədbir iştirakçılarını salamlayıb və Abbas Mirzə Şərifzadənin həyat və yaradıcılığı haqqında məlumat verib.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin Başçısının müavini Təravət Muradova, xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru və direktoru Azər Paşa Nemətov, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, teatrşünas, tənqidçi İlham Rəhimli, xalq artisti, professor Ağakişi Kazımov, xalq artisti, Milli dram teatrının aktyoru Hacı İsmayılov, xalq artisti, Milli dram teatrının aktyoru Rafiq Əzimov, ədəbi tənqidçi, filalogiya elmləri doktoru Əsəd Cahangir, Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadə çıxış edərək Abbas Mirzə Şərifzadənin həyat və yaradıcılığından, rejissoru olduğu filmlərdən, tamaşaya qoyduğu əsərlərdən geniş söhbət açıblar.

Eyni zamanda tədbirdə AMEA-nın şöbə müdiri, tarix elmləri doktoru, professor Şahin Fazil, Yasamal rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Azad Niyazov, Azərbaycan Milli dram teatrının aktrisası, əməkdar artist Əminə Babayeva, Azərbaycan teatr aktyoru, Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əli Nur, Azərbaycan Milli dram teatrının aktyoru Anar Sadıqov, “Say” qəzetinin redoktoru Hacı Rafiq Şirvani, “Sehirli dünya” jurnalının baş redaktoru , tanınmış uşaq yazıçısı Gülzar İbrahimova iştirak ediblər.

Tədbirin əvvəlində Abbas Mirzə Şərifzadənin həyat və yaradıcılığı haqqında video çarx təqdim edilib. Daha sonra A.M.Şərifzadənin rol aldığı “Bismillah” filmindən fraqmentə və ondan bəhs edən “Cavid ömrü” filmindən kadrlara baxılıb.

Bədii hissədə Niyazi adına 22 saylı musiqi məktəbinin şagirdi Kənan Bəşirlinin (müşayiət edən tarda Ülfət Həsənli, kamançada Kamal Abdullayev) çıxışı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, tədbiri Humay Muxtarova aparıb.

baku-art.az

Oxunma sayı : 219