az
Bütün xəbərlər

“Bayraq öz yurduma öz hakimliyim” başlığı altında söhbət təşkil edilib

8-11-2018, 16:29
“Bayraq öz yurduma öz hakimliyim” başlığı altında söhbət təşkil edilib


Noyabrın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı T.Qasımova 12 № li peşə məktəbinin tələbələri ilə “Bayraq öz yurduma öz hakimliyim” başlığı altında söhbət təşkil edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra bayraq haqqında geniş məlumat verilib. Qeyd edilib ki, “Azərbaycan Respublikasının rəsmi simvollarından biri - Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.

Söhbətin sonunda tələbələr bayrağa aid şeirlər söyləyiblər.

baku-art.az


“Bayraq öz yurduma öz hakimliyim” başlığı altında söhbət təşkil edilib

“Bayraq öz yurduma öz hakimliyim” başlığı altında söhbət təşkil edilib
Oxunma sayı : 144