az
Bütün xəbərlər

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib

8-11-2018, 16:15
Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib


Noyabrın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası Binə qəsəbə Mədəniyyət Mərkəzinin akt zalında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir təşkil edib.

Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Sonra Xəzər rayon MKS-nin fəal oxucuları və Binə qəsəbə Mədəniyyət Mərkəzinin dərnək üzvləri şeirlər səsləndirib.

Kitabxananın metodika-biblioqrafiya şöbəsinin müdiri A.Nağıyeva çıxış edərək qeyd edib ki, Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir. Üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır.

Daha sonra Xəzər rayon MKS-nin mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə fəqrlənən fəalları Fəxri Fərmanla mükafatlandırılıblar.

baku-art.az

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib


Oxunma sayı : 147