az
Bütün xəbərlər

“Ucalsın Bayrağımız " adlı tədbir və kitab sərgisi keçirilib

7-11-2018, 14:27
“Ucalsın Bayrağımız " adlı tədbir və kitab sərgisi keçirilib


Noyabrın 6-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı filialı, Səngəçal qəsəbə Mədəniyyət evi və F.Qədimov adına 222 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə 9 noyabr Bayrağ Gününə həsr olunmuş "Ucalsın Bayrağımız " adlı tədbir və kitab sərgisi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra Mədəniyyət evinin direktoru Ə.Allahverdiyev çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

Daha sonra Qaradağ rayon MKS -nin 5 saylı filialının işçisi tədbirdə iştirak edən uşaqlara Bayraq Gününün yaranma tarixi barədə geniş məlumat verib.

Tədbirin bədii hissəsində F.Qədimov adına 222 saylı orta məktəbin şagirdləri Azərbaycan Bayrağına həsr olunmuş şeir və mahnılar ifa edib, tədbirin sonunda isə kitab sərgisinə baxış keçirilib.


baku-art.az


“Ucalsın Bayrağımız " adlı tədbir və kitab sərgisi keçirilib

“Ucalsın Bayrağımız " adlı tədbir və kitab sərgisi keçirilib

“Ucalsın Bayrağımız " adlı tədbir və kitab sərgisi keçirilib

“Ucalsın Bayrağımız " adlı tədbir və kitab sərgisi keçirilib

“Ucalsın Bayrağımız " adlı tədbir və kitab sərgisi keçirilib
Oxunma sayı : 193