az
Bütün xəbərlər

Xəzər rayon MKS-in 6 saylı filialının "İstedadlı oxucularımızı dünyaya tanıdaq!" adlı rubrikasının növbəti oxucusu

6-11-2018, 10:22
Xəzər rayon MKS-in 6 saylı filialının "İstedadlı oxucularımızı dünyaya tanıdaq!" adlı rubrikasının növbəti oxucusu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 6 saylı filialı "İstedadlı oxucularımızı dünyaya tanıdaq" adlı rubrikasının növbəti istedadlı oxucusu olaraq Gülxan Bəydəmiri izləyicilərə təqdim edib.

Gülxan Bəydəmir Şamaxı şəhərində ziyalı ailəsində anadan olub. 1970-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə (ADRM) qəbul olub. 1971-1973-cü illərdə hərbi xidmətdə olarkən Rusiyanın Xabarovsk vilayətində ilk sulu boya (fərdi) sərgisini açıb. 1972-ci ildə Xabarovski vilayət rəssamlarının rəsm sərgi və yarışmasında ikinci yeri qazanıb. 1976-cı ildə Rəssamlıq Məktəbini bitirdikdən sonra sərbəst rəsm çalışmaları ilə bir çox sərgilərdə iştirak etmiş, eyni zamanda Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə məşğul olmuş və bu sahədə bir çox sənətkarlar yetişdirib. 2006-cı ildə İstanbulda keçirilən xətt yarışmasında "Ahmed-Muhammed" adlı əsəri ilə birinci mükafatı alıb. 2007-ci ildə Hz.Mövlanə xətt yarışmasında birincilik qazanıb.

13 iyun 2015-ci ildən Xəzər rayon MKS-nin 6 saylı filialının istedadlı oxucusudur. İlk götürdüyü kitab Ziya Bünyadovun "Dinlər, təriqətlər, məzhəblər" kitabı olub və hal-hazırda Toğrul Nərimanbəyov "Мой Азербайджан" kitabını oxuyur. Kitabxana qaydalarına riayət edir, ən çox din, bədii, incəsənət şöbələrinə üstünlük verir.

Qeyd edək ki, bu rubrika facebook sosial şəbəkəsində qeydiyyatdan keçmiş "Qala qəsəbə kütləvi kitabxana" səhifəsində və həmçinin "Мои любимые книги" səhifəsində də yayımlanacaqdır. Rubrikanın sosial şəbəkələrdə yayılmasında məqsəd istedadlı və fəal oxucuların müxtəlif bölgələrdə tanınması və kitaba, kitabxanaya, mütaliəyə marağın artırılmasıdır.

baku-art.az

Oxunma sayı : 192