az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında daha bir yeni və davamlı layihənin təməli qoyulub

2-11-2018, 16:09
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında daha bir yeni və davamlı layihənin təməli qoyulub


Noyabrın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında daha bir yeni və davamlı layihənin təməli qoyulub. Layihənin əsas məqsədi bütün əhali arasında (yaşından, sosial vəziyyətindən və yaşadığı yerindən asılı olmayaraq) kitabxananı operativ və ətraflı məlumat təqdim edən informasiya müəssisəsi kimi tanıtmaqdır.

İlk mərhələnin daha önəmli olduğunu nəzərə alaraq, geniş piar-kampaniyasına başlanıb: Kitabxananın girişinə reklam lövhəsi vurulub, bütün ətraf ərazilərə “Uşaqlarımızın kitabxanası”, “Kitabxana”, “Kitabxanamız” sözləri və kitabxananın telefon nömrəsi yazılan “gülücük”lər (smaylik), yapışqanlı kiçik lövhəciklər vurulub.

Kitabxananı təbliğ edən bu “gülücük” və lövhəciklər təhsil və səhiyyə müəssisələri, uşaq yaradıcılıq mərkəzləri, əhalinin sıx yaşadığı ərazilər, ictimai iaşə obyektlərinin qarşısına, asfalt yollara yapışdırılıb.

Qeyd edək ki, Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının girişində oxucuların hədiyyə kimi götürə biləcəkləri müxtəlif nəşriyyat materialları (kitab, jurnal, dövri mətbuat nümunələri və s.) qoyulub. Bu nəşrlər kitabxanaya oxucular tərəfindən hədiyyə verilib, lakin MKS-in fondunda çoxlu sayda olduğu üçün bu nəşrlər oxuculara hədiyyə edilir.

Ən maraqlı addımlardan biri də o odur ki, MKS-ə daxil olan Yasamal rayon Mərkəzi Kitabxanası və 4 kitabxana filialın loqoları təsdiq olunub.

baku-art.az

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında daha bir yeni və davamlı layihənin təməli qoyulub

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında daha bir yeni və davamlı layihənin təməli qoyulub

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında daha bir yeni və davamlı layihənin təməli qoyulub

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında daha bir yeni və davamlı layihənin təməli qoyulub

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında daha bir yeni və davamlı layihənin təməli qoyulub

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında daha bir yeni və davamlı layihənin təməli qoyulub
Oxunma sayı : 202