az
Bütün xəbərlər

Azərbaycanın Respublikasının xalq artisti Məmmədbağır Bağırzadənin anım günü ilə əlaqədar dəyirmi masa keçirilib

2-11-2018, 12:46
 Azərbaycanın Respublikasının xalq artisti Məmmədbağır Bağırzadənin anım günü ilə əlaqədar dəyirmi masa keçirilib

Noyabrın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycanın Respublikasının xalq artisti Məmmədbağır Bağırzadənin anım günü ilə əlaqədar dəyirmi masa keçirilib.

İlk öncə milli musiqi sənətinin görkəmli nümayəndələrindən biri, xalq artisti Məmmədbağır Bağırzadənin məzarı ziyarət edilib,önünə əklillər qoyulub.

Daha sonra Mədəniyyət Mərkəzinin direktoru Asif Qurbanov giriş sözu ilə çıxış edib,tədbir iştirakcılarına sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki,tanınmış sənətkar, gözəl insan Məmmədbağır Bağırzadənin işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Sonra “Dilkəş” instrumental ansamblının rəhbəri Baxşəli Əliyev və Məmmədbağır Bagırzadənin dostları sənətkarla bağlı xoş xatirələrindən söhbət açıblar.

Tədbirin sonunda xalq artisinin ifasında "Doymadım bu dünyadan " adlı mahnısı səsləndirilib.

baku-art.az
Oxunma sayı : 151