az
Bütün xəbərlər

Qaradağ rayon MKS-nin 5 saylı filialı "Mən hüquqlarımı bilirəm" adlı məlumat saatı təşkil edib

2-11-2018, 12:08
Qaradağ rayon MKS-nin 5 saylı filialı "Mən hüquqlarımı bilirəm" adlı məlumat saatı təşkil edib

Noyabrın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon MKS-nin 5 saylı filialı F.Qədimov adına 222 saylı tam orta məktəbdə Ümumdünya Uşaq Hüquqları Günü ilə əlaqədar olaraq “Uşaq hüquqları aylığı” çərçivəsində "Mən Hüquqlarımı Bilirəm" adlı məlumat saatı təşkil edib.

Filialın əməkdaşları şagirdlərə uşaq hüquqları haqqında ətraflı məlumat veriblər. Qeyd ediblər ki, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.

Daha sonra şagirdlər kitab sərgisi ilə tanış olublar .

baku-art.az

Qaradağ rayon MKS-nin 5 saylı filialı "Mən hüquqlarımı bilirəm" adlı məlumat saatı təşkil edib

Qaradağ rayon MKS-nin 5 saylı filialı "Mən hüquqlarımı bilirəm" adlı məlumat saatı təşkil edib

Qaradağ rayon MKS-nin 5 saylı filialı "Mən hüquqlarımı bilirəm" adlı məlumat saatı təşkil edib
Oxunma sayı : 178