az
Bütün xəbərlər

CNN telekanalı “Əbədiməşəl: Azərbaycan necə Odlar yurdu oldu?” sərlövhəli reportaj hazırlayıb

2-11-2018, 09:58
CNN telekanalı “Əbədiməşəl: Azərbaycan necə Odlar yurdu oldu?” sərlövhəli reportaj hazırlayıb


Dünyanın ən nüfuzlu telekanallarından biri olan CNN-insaytında “Əbədiməşəl: Azərbaycan necə Odlar yurdu oldu?” sərlövhəli reportaj yerləşdirilib.

Telekanal növbəti reportajını Azərbaycanın “vizitkartı” sayılan iki məkana – “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna həs redib.

Reportajda bələdçi Rahilə Əliyevanın sözləri sitat gətirilir: “Bu məşəl dörd min əvvəl alovlanıb və heç vaxt sönməyib. Hətta yağış, qar və külək də onu söndürə bilmir”.

“Dağın yamacının 10 metrlik hissəsində alovlanan məşəl qızmar havanı dahada isti edir”, -deyə reportajda qeyd olunur.

CNN-in reportajında daha sonra vurğulanır: “Yanardağ Abşeron yarımadasında yerləşir və minilliklər ərzində Azərbaycana səyahət edənlərin marağına səbəb olan bir neçə kortəbii alov mənbələrindən biridir. XIII əsrdə italyan səyyahı Marko Polo bu sirli möcüzədən yazıb. Əcnəbi tacirlər getdikləri ölkələr də əbədi məşəldən bəhs ediblər. Məhz bu səbəbdən Azərbaycan “Odlar yurdu” adlandırılıb”.

R.Əliyevanın sözlərinə görə, Yanardağdakı sönməz alov gecə vaxtı və yaqışda – qar dənəciklərinin yerə düşmədən havada ərimə sifonunda xüsusilə ecazkar görünür.

Qeyd edək ki, unikal təbiət möcüzəsi olan Yanardağ Abşeron yarımadasının görməli məkanlarından biridir. Bakıdan 27 kilo metr şimalda, Abşeron yarımadasının Məhəmmədi kəndində yerləşən Yanardağın ətəyindən alov təxminən on metr eninə - əhəngdaşılı təpədən yüksəlir. Alovun dili təpənin ətəyində ki çıxıntının üzərində olan qumların arasındakı məsamələrdən çıxır. Yanardağla bağlı çoxlu əfsanələr mövcuddur. Qədim zamanlarda bu məkana Hindistan və İrandan atəşpərəstlər axın edirdilər.

Reportajda Azərbaycanda zərdüştiliyin yaranması tarixində də qısa bəhs olunur. Qeyd edilirki, bu iki məkan turizm baxımından əhəmiyyətli və cəlbedicidir.


baku-art.az
Oxunma sayı : 100