az
Bütün xəbərlər

Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşı YUNESKO-nun təşəkkürnaməsi ilə təltif olunub

31-10-2018, 15:36
Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşı YUNESKO-nun təşəkkürnaməsi ilə təltif olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin sistem inzibatçısı Bəyimxanım Mövsümxani kitabxana-informasiya sahəsində uzun müddətli səmərəli fəaliyyətinə, tədbirlərdə fəal iştirak etdiyinə görə YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi tərəfindən Təşəkkürnamə ilə təltif olunub.

Təltifolunma mərasimi kitabxananın kollektivi və fəal oxucuları iştirakı ilə təşkil edilib.

Mərasimdə Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova çıxış edərək, Bəyimxanım Mövsümxani təbrik edib və bildirib ki, doğma Azərbaycanı Almaniyada təmsil edəcək. O, Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini, kulinariyasını və s. təbliğ edərək, ölkəmizi daha da yaxından tanıtmağa səy göstərəcək.

Sonda mərasim iştirakçıları Bəyimxanım Mövsümxaniyə Azərbaycandan kənarda Vətəni ləyaqətlə təmsil etməyi və gələcəkdə uğurlarının bol olmasını arzulayıblar.

baku-art.az

Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşı YUNESKO-nun təşəkkürnaməsi ilə təltif olunub
Oxunma sayı : 117