az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 4 saylı filialında “Uşaqlara hüquqlarını öyrədək” adlı söhbət təşkil edilib

31-10-2018, 15:15
Sabunçu rayon MKS-nin 4 saylı filialında “Uşaqlara hüquqlarını öyrədək” adlı söhbət təşkil edilib


Oktyabrın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 4 saylı filialında “Uşaqlara hüquqlarını öyrədək” adlı söhbət təşkil edilib.

Tədbirdə 192 saylı tam orta məktəbin VIIIa sinifinin bir qrup şagirdləri iştirak edib.

Tədbiri filialın müdiri V.Məmmədov açaraq mövzu ətrafında məruzə edib.

Sonra böyük kitabxanaçı X.Kərimova çıxış edərək qeyd edib ki, uşaq hüquqları-qanunla və ya əxlaqi olaraq dünya üzərindəki bütün uşaqların doğuşdan sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısını birdən təyin istifadə edilən universal anlayışdır.

Daha sonra kitabxana informasiya texnologiyaları üzrə mütəxəssis Ş.Kazımova uşaq hüquqlarına aid materiallarla şagirdləri tanış edib. Bildirib ki, uşaq hüquqları insan hüquqları anlayışının içində ələ alınması lazım olan bir mövzudur. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə, əmək istismarı, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur.

Söhbətin sonunda şagirdlərin uşaq hüquqları haqqında verdikləri suallar kitabxana əməkdaşları tərəfindən cavablandırılıb.

baku-art.az

Sabunçu rayon MKS-nin 4 saylı filialında “Uşaqlara hüquqlarını öyrədək” adlı söhbət təşkil edilib

Sabunçu rayon MKS-nin 4 saylı filialında “Uşaqlara hüquqlarını öyrədək” adlı söhbət təşkil edilib

Sabunçu rayon MKS-nin 4 saylı filialında “Uşaqlara hüquqlarını öyrədək” adlı söhbət təşkil edilib

Sabunçu rayon MKS-nin 4 saylı filialında “Uşaqlara hüquqlarını öyrədək” adlı söhbət təşkil edilib
Oxunma sayı : 173