az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Biblioemalatxana” adlı yeni layihə həyata keçirilib

31-10-2018, 14:17
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Biblioemalatxana” adlı yeni layihə həyata keçirilib


Oktyabrın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında kiçikyaşlı oxucuların asudə vaxtının səmərəli təşkili, onlara kitabları sevdirmək və qorumaq məqsədilə “Biblioemalatxana” adlı yeni layihə həyata keçirilib. Bildiriblər ki, bugünki tədbir “Biblioemalatxana”nın növbəti “təmir günü” adlanır.

Mərkəzi Kitabxananın əməkdaşları S.Namazova, B. Mövsümxani və A.İsmayılovanın köməkliyi ilə oxucular Şarl Perronun “Volşebnıye skazki”, Xannu Yulitalonun “Okayannıy finn”, Paulo Koelhonun “On bir dəqiqə”, Gülzar İbrahimovanın “Sehirli nağıllar”, Sent-Ekzüperinin “Planeta lyudey. Malenkiy prints”, Əlisəfa Azayevin “Prokuror qızı” əsərlərin qopmuş vərəqlərini yapışdırıb, onları bərpa ediblər.

Uşaqlar bu işdən böyük zövq alıblar.Qeyd edək ki, layihə davam etdiriləcək.


baku-art.az


Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Biblioemalatxana” adlı yeni layihə həyata keçirilib
Oxunma sayı : 157