az
Bütün xəbərlər

Rusiya teatrının solistləri Bakıda çıxış edəcək

31-10-2018, 14:15
Rusiya teatrının solistləri Bakıda çıxış edəcək


Noyabrın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baleti təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, bu dəfə sənət ocağının səhnəsində Rusiya Böyük Teatrının solistləri - Anna Nikulina (Jizel) və Ruslan Skvortsov (qraf Albert) çıxış edəcəklər. Hər iki solist balet artistlərinin beynəlxalq müsabiqələrinin qalibləri və Rusiyanın Əməkdar artistləridir.

Tamaşada, həmçinin Opera və Balet Teatrının aparıcı solistləri - Ayan Eyvazova və Timur Oduşev də rol alacaqlar.

Səhnə əsəri Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.


baku-art.az
Oxunma sayı : 131